Bazar ertəsi , Yanvar 24 2022
azfa

Azərbaycanlı fəallardan Beynəlxalq Ana Dili Günü ərəfəsində Urmiyada aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal Güney Azərbaycanın Urmiya şəhərində Beynəlxalq Ana Dili Günü ərəfəsində divarlara pusterlər yapışdırıblar.

Azərbaycanlı fəallar bu yolla irqçi fars rejimin Güney Azərbaycanda Azərbaycan türkcəsində təhsili qadağan etməsinə etiraz edib, həmçinin Beynəlxalq Ana Dili Gününü qutlayıblar.

Azərbaycanlı fəalların yapışdırdığı posterlərdə “Ana dili insanın kimliyini formalaşdırır”, “40 milyon türkün ana dilində təhsil almasının qarşısında durmaq irqçilik deyilsə bu zülmün adı nədir?” və şüarlar əks etdirilib.

Qeyd edək ki, bir müddət öncə də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Urmiya şəhərində uşaqlar arasında türkcə kitablar paylanılmışdı.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …