Bazar ertəsi , İyul 20 2026
azfa

Azərbaycanlı fəalların etirazı nəticəsində rejim “fars” dili maketini “riyaziyyat” maketinə dəyişdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan türk milləti və fəalların kəskin etirazı nəticəsində irqçi və işğalçı fars rejimin amilləri Təbrizdə “fars” dili dərsliyinə ucaltdıqları maket və abidəni dəyişməyə məcbur olublar. Rejimin məmurları maketi dəyişərək “riyazziyyat” dərsliyi maketini onun yerinə quraşdırıblar.

Şəkildən də göründüyü kimi artıq 3-cü sinif dərsliyində “fars” sözü yerinə “riyazi” (riyaziyyat) sözü yazılıb. İrqçi fars rejimin rəsmi orqanı olan Bələdiyyə İdarəsinin bu şəkildə geri addım atması azərbaycanlı milli-mədəni fəalların etirazı və səyi nəticəsində baş verib.

Qeyd edək ki, azərbaycanlı fəallar “fars” dili dərsliyi maketinin üzərindən quraşdırılandan bir gün keçnədən “fars” sözünü silərək, yerinə “türk” yazmışdılar. Fəallar həmçinin maketin hər iki tərəfində müxtəlif milli şüarlar da yazmışdılar.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …

Bir cavab yazın