Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəalların etirazı nəticəsində Urmiya torpaqlarının terrorçu kürdə satılması dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ziyalılar və fəalların etirazı nəticəsində Urmiya torpaqlarının terrorçuİraq  kürdünə satılması  müqaviləsinin dayandırıldığı söylənilir.

Etirazlardan sonra Qərbi Azərbaycan prokuroru müqavilənin ləğvinə dair göstəriş verib.

Şəhərin tarixi ərazisinin PKK terror qruplaşmasının tərəfdarı olan  Məhəmməd Əmin Novruziyə satılması Qərbi Azərbaycanın kürd valisi Məhəmməd Mehdi Şəhriyari və Urmiyanın manqud bələdiyyə başçısı istəyi ilə baş tutmuşdu.

Əraziləri alan isə Məhəmməd Əmin Novruzi İraqın Ərbil şəhərindən olan PKK-çı kürddür.

Artıq Qərbi Azərbaycan prokuroru ərazinin şübhəli xarici vətəndaşa buraxılmasını dayandırmaq məqsədi ilə Urmiyanın bələdiyyə başçısı Məhəmməd Həzrətpura göstəriş məktubu ünvanlayıb.

Məktubda yazılıb ki, “Məscid came”nin ətrafında yerləşən qədim Urmiya bazarının ərazisinin ticari məqsədlərə görə xarici bir investora satılması əhali arasında həssaslıq və etirazlara səbəb olub.

Araşdırmalardan sonra məlum olub ki, ərazi Şəhər Şurası tərəfindən təsdiq edilmədən, Şəhər İcra Hakimiyyəti başçısının razılığı olmadan, eləcə də tender elan olunmadan sözügedən xarici investor barədə araşdırma aparılmadan satılıb. Bu səbəblərə görə, bu qərar etnik məsələlərini də gündəmə gətirib. Prokuror bələdiyyə başçısından tərəflər arasında bağlanan müqavilənin ləğv olunmasını tələb edib.

Məktubda həmçinin yazılıb: “Əhalinin hüquqlarının tapdalanması və etnik gərginliyinin qarşısını almaq məqsədi ilə əhalinin hüquqlarına nəzarət qaydalarının 2-ci maddəsinə əməl olunmalıdır. Yuxarıda qeyd olunan məsələlər, həmçinin digər qanunları nəzərə alaraq sözügedən ərazinin yerli və ya xarici investora satılmasından imtina edilsin və bu barədə Şəhər Prokurorluğuna məlumat verilsin”.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın