Şənbə , İyul 11 2026
azfa

Azərbaycanlı fəalların etirazından sonra Rəştin Şirinsu bulağının tarixi adı geri qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycan fəalların etirazlarından sonra Rəşt Bələdiyyəsi və Şəhər Şurasının məsulları Şirinsu çeşməsinin tarixi adını geri qaytarmağa məcbur oldu.

Qeyd edək ki, Rəştin qeyd edilən qurumlarındakı irqçi rəsmilər yanvar ayında türk düşmənçiliyi və şəhərdən türk izlərini silmək məqsədilə Şəhər Şurasının “adlarda xarici mənşəli sözlərin istifadəsinin qadağan edilməsi” ilə bağlı qəbul etdiyi qərarı bəhanə edərək, bulağın adını “Ramazan əməliyyatının gilanlı şəhidlərinin xatirəsinə bulaq” şəklində dəyişmişdilər.

Onların belə irqçi və türklərə qarşı düşmənçiliyi isə Rəştin azərbaycanlı əhalisi və fəalların ciddi etirazına səbəb olmuşdur.

Etirazlardan sonra Bələdiyyə məsulları yenidən bulağın üzərində onun tarixi adını yazmağa məcbur olmuşlar

 Rəştin azərbaycanlı əhalisinin tarixi məkanlarından olan Şirinsu çeşməsi Talibi küçəsinin qarşısında Atifi küçəsində yerləşir. Həmin bulaq vəqf şəklində illər öncə Rəştirin türk xeyriyyəçiləri tərəfindən tikilib.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın