Cümə axşamı , İyun 30 2022
azfa

Azərbaycanlı işçi fəal Valeh Zamani ağır vəziyyətdə Tehranda həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ağır hepatit xəstəsi olan Urmiyadan olan azərbaycanlı işçi fəal Valeh Zamani 30 maydan Yehranın Evin zindanında həbsdə saxlanılır. 

Zamani iyunun 30-da Tehranın Evin zindanından ailə üzvlərindən biri ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı həmçinin təzyiqlərə məruz qaldığını bildirib.

Azərbaycanlı məhbus bildirib ki, kiminləsə görüşünə icazə verilməyib, vəkil tutmaq haqqından məhrum edilib və barəsində irəli sürülən qondarma ittihamları qəbul etmədiyi təqdirdə yenidən zindanın 240 nömrəli təhlükəsizlik bölməsinə təkadamlıq kameraya qaytarılacağı ilə bağlı hədələnib.

O, özünü günahkar hesab etmədiyini deyərək, istənilən təzyiqlər qarşısında saxta ittiham aktına qol çəkməyəcəyini deyib.

Zamaninin sözlərinə görə, yaxalandığı zaman xəstəliyi ilə bağlı sənədlər və həkim arayışlarının üstündə olmasına baxmayaraq dərmanlarının əldə edilməsinə imkan verilmədiyini qeyd edib.

Valeh Zamaninin ailəsi isə onun sağlıq durumundan nigarandır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …