Cümə axşamı , Mart 23 2023
azfa

Azərbaycanlı öyrəncilər İraq kürdlərinin bayrağının Urmiyada qaldırmasına icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı öyrəncilər Urmiya Universitetində Azərbaycan bayrağı yerinə İraq kürdlərinin bayrağının qaldırmasına icazə verməyiblər. Beləliklə, rejimin Azərbaycan şəhərində kürd bayrağı qaldırma cəhdi uğursuzluğa düçar olub.

Qeyd edəki ki, “Urmiya Universitetinin Beynəlxalq Turniri” aprelin 25-də Urmiya Universitetində 220 idmançı öyrəncinin iştirakı ilə keçirilib. Universitetin bədən tərbiyəsi şurası turnirin Türkiyə, Azərbaycan, İraq və İran universitetlərindən olan öyrəncilərin iştirakı ilə keçiriləcəyini bildirmişdi. Lakin universitet rəisi və ali təhsil müəssisəsinin təhlükəsizlik bölməsinin müdaxiləsi ilə Azərbaycan Respublikası siyahıdan çıxarılaraq, yerinə İraqın kürd bölgəsində yerləşən Ərbil Universiteti daxil edilmişdir.

Azərbaycanlı öyrəncilər bu məsələyə ciddi etiraz edib və kürd bayrağının Urmiyada qaldırılmasına mane olublar.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın