Cümə , Aprel 10 2026
azfa

Azərbaycanlı sənətçi Abbas Nikrəvan həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı sənətçi Abbas Nikrəvan dünən həbs edilərək reejimin Salmasdakı zindanına köçürülüb.

Nikrəvan mayın 7-də Salmas şəhərində rejimin məhkəmə məmurları tərəfindən yaxalanıb.

İranın Salmasdakı Cinayət Məhkəməsinin 102 saylı şöbəsi sənətçi barəsində “Kiberməkanda sistemə qarşı təbliğat” ittihamına görə 91 gün həbs cəzasının verilməsinə qərar verib.

Azərbaycanlı sənətçiyə qarşı çıxarılan qərarda iddia olunub: “Təhlükəsizlik idarəsinin təhqiqatçılarının araşdırmaları nəticəsində müttəhimin kiber məkanda sistemə qarşı təbliğat aparması dəlillərlə sübuta yetirilib”.

Qeyd edək ki, Abbas Nikrəvan 2021-ci il sentyabrın 5-də Salmasda həbs edilərək dindirilmək üçün rejimin Urmiyadakı ETTELAAT İdarəsinin təcridxanasına köçürülmüşdü.

Əslində Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan azərbaycanlı fəal və musiqiçi ETTELAAT təcridxanasında sorğu-suala çəkildikdən sonra rejimin Urmiyadakı zindanına köçürülüb və sentyabrın 22-də 600 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı sənətçi həmçinin 2014 və 2018 illərdə də müvafiq olaraq bir toy mərasimində və Babək Qalası Qurultayı ərəfəsində rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

GADTB: İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi TASS-a deyib ki? Hörmüz boğazından …

Türkiyənin “Çağrı Bəy” gəmisi Somalidə qazma işlərinə başlayacaq

GADTB: Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Çağrı Bəy” qazma gəmisinin Somaliyə çatdığını …