GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 14-də Urmiyədə vəfat edən Katiboğlu təxəllüsü ilə tanınan türk şair və milli fəal Faris Təyyar dəfn edildi.
“Könüldən dilə” kitabının müəllifi uzun müddət ağciyər xərçəngindən əziyyət çəkdikdən sonra 55 yaşında həyatını itirib. O, şənbə günü Urmiyənin Quluncu qəsəbəsində dəfn edilib.
Faris Təyyar 2009-cu ildə vəfat edən məşhur şair və ozan Qulunculu Dədə Katibin oğlu və Azərbaycanın məşhur şairlərindəndir.