Cümə axşamı , Oktyabr 3 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Tehran zindanında aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi 12 Azərin ildönümü ilə bağlı İran rejiminin qeyri-fars millətlərin hüquqlarını pozması, Urmiya gölünü qurutması, Azərbaycan mədənlərinin talanması və əhalinin ağır məişət problemlərinin həll olunmamasına etiraz əlaməti olaraq üç günlük aclıq aksiyası keçirir.

Aclıq aksiyası ilə bağlı yaydığı bəyanatda Əlirza Fərşi yazıb: “İranda Azərbaycan, qaşqay, türkmən, Xorasan və xələc türklərinin, eyni zamanda ərəb, bəluç, kürd, lor, gilək və başqa etnik, dil və milli azlıqların hüquqlarının tapdalanmasına, onların öz müqəddəratını təyinetmə, ana dilində təhsil, iqtisadi-sosial və başqa hüquqlarından məhrum edilməsinə etiraz olaraq üç günlük aclıq aksiyasına başlayıram”.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …