Çərşənbə , Aprel 24 2024
azfa

Uluxanyan, Ulubabyan, Ulubekyan və Yengibaryan adlarının alban mənşəyi

GADTB: Yengibaryan. Bu erməni soyadı türkmənşəli yeni-yenqi -yengi sözündən və bar komponentindən düzəlmiş Yengibar şəxs adından yaranmışdır. Mənası yeni, təzə-tər bar, meyvə, məhsul deməkdir. “Yeni” mənasında türkmən, özbək, qazax, tatar, başqurd və krım tatarlarının dialektində yenq sözü və onun yengi paraleli vardır. Türk dillərində “nq” qovuşuq birləşməsinə Menqli Gəray, Menqli Timur, Menqlikul şəxs adlarında rast gəlinir. Həmin dialektlərdə -nq qovuşuq samitləri əsasən feilin formalarında işlənir: gələnqi, gedənqi, oturanqı, duranqı//turanqı və s. Professor Q.Qeybullayev -nq qovuşuq birləşməsinin türk dillərinə xas olduğunu qeyd etmişdir.

Ermənicə yeni//yenqi – “nor”, bar isə xarakaran kimi tərcümə edilir, lakin ermənilərdə Norxarakaranyan soyadı

yoxdur.

Ulubabyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli ulu və baba komponentlərindən yaranmış Ulubaba şəxs adından eliziya hadisəsi ilə düzəldilmişdir. Mənası isə ulu baba, böyük baba anlamlarına gəlir.

Ulu sözünün müxtəlif türk dillərində aşağıdakı məna və formaları müşahidə edilməkdədir:

1. böyük, nəhəng mənasında – türk, Azərbaycan türkcəsi, salar, başqurd, qırğız dillərində ulu şəklində; qazax, tatar dillərində ulı şəklində; özbək, uyğur, xakas, tuva və başqa dillərdə uluğ şəklində.

2. dahi mənasında – türkmən, özbək, türk və Azərbaycan

türkcəsində;

3. güclü mənasında;

4. məğrur, məğrurluq mənasında – yakut dilində;

5. hiddətli, qorxulu, böyük mənalarında – yenə yakut dilində;

6. müqəddəs mənasında – yenə yakut dilində;

7. böyük oğul, böyümüş, böyük mənalarında – tuva dilində;

Türkmənşəli “baba” sözü barədə Babayan soyadından danışarkən bəhs etmişik.

Ulu, böyük – ermənicə “medz”, “hska”, “hin”, “naxa”, baba isə – “her”deməkdir. Ermənilərdə Medzheryan soyadı yoxdur.

Ulubabyan soyadmdakı baba komponentinin dilimizdəki “bab” (tay-tuş) sözü ilə heç bir əlaqəsi yoxdur.

Ulubekyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli ulu və mənsəb, titul bildirən bəy//bek sözlərindən yaranmış Ulubəy

mürəkkəb şəxs adından düzəldilmişdir.

Özbək dilində ulu sözünə uluğ formasında rast gəlirik. Bundan əlavə, özbəklərdə “atabəy”, “lələ” sözlərinin qarşılığı kimi də uluq sözü işlədilmişdir.

Ermənilərin Ulubekyan soyadını uluq sözündən və ya Əmir Teymurun nəvəsi, türk astronomu və riyaziyyatçısı Uluq

bəyin (1394-1449) adından götürməsi fikri də bizim üçün ağlabatan deyil. Doğrudur, Uluq bəy həm Orta, həm də Yaxın Şərqdə, o cümlədən Qafqazda kifayət qədər tanınmış tarixi şəxsiyyətdir, o, atası Şahrux Mirzənin ölümündən (1447) sonra Teymuroğulları sülaləsinin başçısı olmuşdur. Uluq bəy Səmərqənd-

də rəsədxana yaratmış və onun tərtib etdiyi kataloq uzun müddət ən yaxşı kataloq olmuş, Oksfordda nəşr edilmişdir (1665).

Bizcə, bu soyad, sadəcə olaraq, Ulu və bəy komponentlərindən düzəlmişdir, vəssalam. Qərbi Azərbaycanın Zəngiba-

sar mahalının baş kəndinin adının Uluxanlı olması da fikrimizə dəstək sayıla bilər.

Əziz Ələkbərli,

Tarixçi Alim və

Millət Vəkili.

Həmçinin yoxlayın

Argentina İran daxili işlər nazirinin həbsini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Argentina 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində İranın …

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …