Cümə axşamı , Oktyabr 3 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup milli fəalı müxtəlif meydan və yerüstü keçidlərdən Abbas Lisaninin fotoşəkli əks etdirilən banerlər asıblar.

Azərbaycanlı fəallar bu yolla rejimin Ərdəbildəki zindanının 7-ci bölməsində 15 illik həbs cəzasını çəkən Abbas Lisaninin sağlıq durumundan narahatlıqlarını ifadə etməklə yanaşı, zindan, ETTELAAT və məhkəmə rəsmilərinin azərbaycanlı siyasi məhbusun həyatına laqeydliyinə etirazlarını bildiriblər.

Şəhərin müxtəlif yerlərindən asılan Abbas Lisani və rejimin Ərdəbildəki prokuroru Seyid Abdullah Təbatəbainin fotoşəkilləri təsvir olunan banerlərdə yazılıb: “Azərbaycanın tanınmış fəalının həyatı təhlükədədir, baş verə biləcək nəticələrə görə Ərdəbil prokuroru və Məhkəmə Sisteminin məsulları məsuliyyət daşıyır”.

Qeyd edək ki, Abbas Lisaninin sağlıq durumunun pisləşməsi azərbaycanlı milli fəalların və insan haqları təşkilatlarının nigəranlığına səbəb olub və nəticədə etirazların çoxalması müşahidə edilir.

Bir müddət öncə kəskin bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisaniyə zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçün o silahlı məmurların müşayiəti ilə Ərdəbilin Fatimi xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana qaytarılmışdı.  

Həmçinin oktyabrın 21-də Abbas Lisani üç avtomobillə rejimin məmurlarından ibarət qrupun müşayiəti ilə MRT analizi üçün klinik terapiya mərkəzlərinə aparılmışdı. Orada azərbaycanlı siyasi məhbusdan analizlər götürülmüşdü.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …