Bazar ertəsi , İyul 7 2025
azfa

Azərbaycanlı siyasi məhbus Behnam Şeyxi Evin zindanına qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Novruz bayramı ərəfəsində 19 gün müddətinə məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbus Behnam Şeyxi dünən Evin zindanına qaytarılıb.

Tehran sakini olan türk siyasi məhbus Behnam Şeyxi Samanlı mart ayının 17-də Tehranın Evin zindanından məzuniyyətə buraxılmışdı.

Bir müddət öncə zindanlarda koronovirusun geniş yayıldığı zaman azərbaycanlı siyasi məhbusların məzuniyyətlə bağlı müraciətlərinə zindan məsulları və məhkəmə sistemi rəhbərliyi əhəmiyyət verməmişdilər.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

Həmçinin yoxlayın

Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib. Görüşün gündəmində əsas …

İran Futbol Federasiyası “Traxtur” Klubuni cəzalanırıb

GADTB: İran Futbol Federasiyasının Apellyasiya Komissiyası yeni mövsümdə “Traxtur” komandasının Təbrizdə keçirilməsi planlaşdırılan oyununu ləğv …