Cümə axşamı , Aprel 25 2024
azfa

Ruzbeh Piri qardaşının işgəncə edilməsini ifşa etdiyi üçün prokurorluğa çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin işgəncə edilməsini ifşa etdiyi üçün rejimin Təbrizdəki prokurorluğuna çağrıldı.

Türk fəal bununla bağlı aprel ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılıb.

Rejimin əlaltısı olan hakim Musəvi Ruzbeh Piriyə “İnstagram” səhifəsində qardaşının vəziyyəti barədə yaydığı məlumata görə “Sistemə qarşı təbliğat aparmaq” və “Yalan məlumatlar yaymaq” ittihamları irəli sürüb. Daha sonra isə şərlədikləri fəalın müvəqqəti zaminə buraxılması üçün 80 milyon tümən girov təyin edib.

Qeyd edək ki, Yaşar Piri fevralın 21-də mülki geyimli məmurlar tərəfindən yaxalanmışdı. Yaxalanan zaman, eləcə də təcridxanada işgəncələrə məruz qalıb və döyülüb.

Azərbaycanlı fəal sağlıq durumunun ağır olduğu üçün 3 gün təcridxanada saxlanıldıqdan sonra 50 milyon tümən girov qarşılığında zaminə buraxılıb və Təbrizin “İmam Rza” xəstəxanasına köçürülmüşdü. Yaşar Piri işgəncələr nəticəsində ağciyər və böyrəklərindən ağır xəsarət almışdı.

Yaşarın qardaşı Ruzbeh Piri isə bu barədə sosial şəbəkədə bir neçə məlumat paylaşmışdı.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …