Bazar ertəsi , Dekabr 30 2024
azfa

Azərbaycanlı vəkil Məhəmməd Güneylini dördüncü məhkəmə iclası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsində azərbaycanlə fəal və vəkil Məhəmməd Güneylini dördüncü mühakimə iclası keçirilib.

Məlikanın üzdəniraq millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin rejimin Təbrizdə yerləşən məhkəməsinin 2-ci şöbəsində keçirilən iclasda yanvarın 8-də rejimin Şərqi Azərbaycandakı ETTELAAT İdarəsinin nümayəndəsi gözlənilməz şəkildə azərbaycanlı vəkili casus kimi tanımadığına dair raport təqdim edib.

Məhkəmə prosesində Məhəmməd Güneyli və onun vəkilləri Sepah nümayəndəsi tərəfindən irəli sürülən casus ittihamını rədd ediblər. Lakin Sepahın dirəniş göstərməsi məhkəmə prosesinin uzanmasına səbəb olub.

Məhəmməd Güneylinin vəkili Məcid Kuhpaye məhkəmə işinin çox mürəkkəbləşdiyini bildirərək qeyd edib ki, Sepahın kəşfiyyat bölməsi bu işləri məhkəmə prosesini uzadır. Sepah məhkəməni çaşdıraraq fəal barəsində daha ağır hökm çıxarılmasına nail olmaq istəyir.

Bildirilir ki, azərbaycanlı fəal 2019-cu il dekabrın 30-da Sepahın kəşfiyyat məmurları tərəfindən yenidən saxlanılıb. Ondan Azərbaycan Milli Hərəkatına qarşı bir video vasitəsi ilə etiraflar etməsi istənilib. Bunun qarşılığında fəala söz verilib ki, ona qarşı hazırlanan iddianamə geri götürüləcək və öz işini davam etdirə biləcək. Lakin fəal bununla razılaşmayıb. Təhlükəsizlik qüvvələri onu 6 saat saxladıqdan sonar sərbəst buraxmağa məcbur olublar.

Qeyd edək ki, azərbaycanlı vəkil şərlənərək prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək”də ittiham olunub.

Üçüncü məhkəmə iclasında hakim Cinayət Prosessual Məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq fəalın ittihamlarından birini dəyişib. Bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı İrana düşmən olan dövlətlərlə əlaqə qurmaq və əməkdaşlıq etməklə dəyişdirilib.

Rejimin məhkəmə hakimi Ehrari ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə 6 ay həbs cəzasına məhkum edib.

Xatırladak ki, azərbaycanlı vəkil Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 23-də terrorçu Sepah Təşkilatının kəşfiyyat məmurları tərəfindən yaxalanmışdır. 11 ay fiziki və psixoloji işgəncələrdən sonra 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Rejimin həmçinin fəalın vəkillik lisenziyasını da qanunsuz şəkildə ləğv edib.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …

Bir cavab yazın