Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Qoşaçayda Urmiya gölü aksiyalarına çağırışla bağlı vərəqələr yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində azərbaycanlı milli-mədəni fəalları Urmiya gölünün qurudulmasına etiraza çağırışla bağlı yazılı vərəqələr yayılıb.

Azərbaycanlı fəallar həmin vərəqələrlə əhalini 16 iyulda keçirilməsi nəzərdə tutulan etiraz aksiyalarına qoşulmağa çağırıblar.

Vərəqələrdə İran Ana Yasasına “Silah daşımadan dinc aksiyaların keçirilməsi”nin mümkünlüyü barədə 27-ci maddənin olduğunu xatırladan fəallar, azərbaycanlıları Urmu gölünün bərpasına laqeydliyə qarşı keçiriləcək mitinqlərdə iştirak etmələrini istəyiblər.

Azərbaycanlı fəallar son günlərdə davamlı olaraq divarlara şüarlar yazmaq və vərəqələr yaymaqla İranın irqçi fars-molla rejiminə Urmiya gölünü qurudub, Güney Azərbaycanı məhvetmə prosesinə davam etməsinə görə xəbərdarlıq ediblər.

Qeyd edək ki, İran rejimi Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü qurudub və azərbaycanlı fəalların etirazından sonra isə gölün bərpasına söz versə də, sözünü tutmayıb. Əksinə rejim körfəzdən farsların yaşadığı səhralıqlara milyardlar xərcləməklə su çəkir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …