Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

Azərbaycan amfibiya təyyarəsi Türkiyədə yanğınları söndürməyə davam edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.

 “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, – FHN-in məlumatında diqqətə çatdırılıb.

Həmçinin yoxlayın

Hakan Fidan: “3+3” platformasının növbəti iclası İstanbulda keçiriləcək

GADTB: “3+3” regional platformasının növbəti – üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək. Bu barədə Türkiyə …

Azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlı həbs müddətini başa vurub azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin şərləyib həbs etdiyi azərbaycanlı milli …