Çərşənbə , Mart 19 2025
azfa

Azərbaycan Heyrana birləşən Hirkandakı yanğının söndürülməsinə təyyarə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir. Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, 2 texnika, Xüsusi Riskli Xilastemə Xidmətindən 31 nəfər şəxsi heyət, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, 2 texnika, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub. Əməliyyata, həmçinin Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tiplı amfibiya təyyarəsi də cəlb edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun rəsmi dəvətlə Türkiyənin Musiad Təşkilatının tədbirinə qatılıblar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 18-də Avstraliyanın Sidney şəhərində Türkiyənin Musiad Təşkilatı …

Türkiyə ilk dəfə NATO Müttəfiq Reaksiya Qüvvələrinə rəhbərlik edəcək

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyənin NATO öhdəlikləri çərçivəsində 1 iyul 2025-ci ildən 30 iyun …