Çərşənbə , Noyabr 11 2026
azfa

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin qanunsuz elan edildiyini açıqlayıb.

Agentliyin bildirdiyinə görə, qərar İranın ETTELAAT Nazirliyinin AzTV də daxil olmaqla bir sıra xarici media qurumlarını “düşmən media təşkilatları” siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti daşıya biləcəyi barədə xəbərdarlıq etməsindən sonra qarşılıqlılıq prinsipi əsasında qəbul olunub.

MEDİA qeyd edib ki, Azərbaycanın milli maraqlarına, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə zidd fəaliyyət göstərdiyi hesab edilən “Səhər” və “Mehr” qurumlarının ölkədə fəaliyyəti qanunsuz sayılır. Agentlik Azərbaycan media qurumlarını və jurnalistləri sözügedən media orqanları ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …