Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimi Qoşaçayda beş azərbaycanlı fəala həbs cəzası verib

GADTB: Qoşaçay (Miyandab) bölgəsinin 103 saylı İkinci Cinayət Məhkəməsi və İnqilab Məhkəməsi beş azərbaycanlı fəal barəsində həbs hökmü çıxarıb.

Məlumata əsasən, Arəş Kəhbur, Ramin İslami, Rza Pəhləvanian, Hüseyn Cavadzadə və Cəlal Kudərilu “sistem əleyhinə təbliğat aparmaq” və “ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq” ittihamları ilə hər biri 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Məhkəmə qərarında bildirilir ki, hökm Qoşaçay Kəşfiyyat İdarəsinin təqdim etdiyi hesabat əsasında çıxarılıb. İttihamların əsasını isə həmin şəxslərin sosial şəbəkələrdə, o cümlədən Instagram səhifələrindəki fəaliyyətləri təşkil edib.

Bu hökmlər son həftələrdə Azərbaycan milli-mədəni fəallarına qarşı təhlükəsizlik təzyiqlərinin, çağırışların, həbslərin və məhkəmə təqiblərinin artdığına dair yayılan çoxsaylı məlumatlar fonunda verilib.

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …