Azərbaycan Öyrənci Hərəkatı kürd terror qruplaşmaları tərəfdarlarına qarşı etirazlara çağırış etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Öyrənci Hərəkatı irqçi fars rejimin təşkilatçılığı ilə kürd terror qruplaşmalarının tərəfdarlarının terrora dəstək nümayişinə qarşı etirazlara çağırış etdi.

Bununla bağlı Azərbaycan Öyrənci Hərəkatının yayılan bəyanatında Güney Azərbaycanın bütün öyrənci və öyrənci qurumlarından etiraz yığıncağına qatılmaları istənilib.

Etiraqz aksiyaları oktyabrın 17-də yerli vaxtla saat 11:00-da Güney Azərbaycan universitetlərinin həyətində baş tutacaq.

Aksiyalarda Azərbaycan şəhidlərinin şəkilləri nümayiş etdiriləcək, “PKK-ya ölüm”, “YPG”-ya ölüm və “terrorçuya ölüm” şüarları səsləndiriləcək.

Qeyd edək ki, irqçi fars rejimin təşkilatçılığı ilə müxtəlif şəhərlərdə türk qarşı terrora və uşaq qatillərinə dəstək aksiyaları günlərdə davam edir. Bu da haqlı olaraq Azərbaycan türklərinin etirazına səbəb olub.

Həmçinin yoxlayın

Avropa İttifaqı rəsmisi Praqada Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müzakirə edib

GADTB: .Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex …

Tramp İrana hərbi zərbə endirmək üçün Senatdan icazə istəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp artıq İrana hərbi zərbə endirmək üçün lazımi …

Bir cavab yazın