Şənbə , Mart 29 2025
azfa

Azərbaycan Respublikası Fransaya etiraz notası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

“Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransanın – BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir. Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub”, – Leyla Abdullayeva deyib.

 

Həmçinin yoxlayın

Cenevrədə İranla üç Avropa ölkəsi arasında nüvə danışıqlarının növbəti dövrü keçirilib

GADTB: Martın 27-də Cenevrədə İslam Respublikası və Böyük Britaniya, Fransa və Almaniya ölkələrinin diplomatları nüvə …

Amerika Hizbullaha sanksiya tətbiq etməklə İrana qarşı maksimum təzyiqləri artırdı

GADTB: ABŞ Maliyyə Nazirliyi cümə günü bildirib ki, İslam Respublikasına qarşı maksimum təzyiq siyasəti çərçivəsində …

Bir cavab yazın