Cümə axşamı , Sentyabr 10 2026
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Əhvazın ərəb fəallarının fars rejim tərəfindən edamını pisləyən bildirişi

GADTB: Rejim zülm altında olan millətlərin müqaviməti qarşısında aciz qalıb.

Bir daha irqçi İslam Respublikası köhnə ssenari ilə yeni cinayət törətmişdir. Əhvazın gənc ərəb fəalları özlərinin müqəddəs milli-insanı haqlarını müdafiə etdiklərinə görə edam edilməsini, İran adlı məhbəsə hakim olan irqçi hakimlər özlərinə qələbə adlandıra bilməzlər.

Rejimin 39 illik gördüyü işlərin utancverici nəticəsi çoxsaylı cinayətlərlə doludur. Təəssüflə diktator hakimiyyətlər güman edirlər ki, edam və işgəncə ilə mübariz millətlərin ürəyinə qorxu salıb, onların ümidini qıraraq, öz utancverici ömürlərini bir az da uzada biləcəklər. Lakin bilmirlər ki, belə düşmənçilik azadlıq uğrunda mübarizənin daha haqlı olduğunu üzə çıxarıb, rejimin başçılarına qarşı nifrəti artıracaq.

Zülm altında olan millətlər və İran adlı zindanın azadfikirli insanları!

Totalitar sistemlərin dövrü artıq keçmişdir və qalan irticaçı hakimiyyətlər də dağılmaqdadır. Sizin polad iradənizi nə tank və top, nə də qırğın və işgəncə qıra bilməz. Sizin haqqınızı tələb etməniz irqçi rejimin ölümünün muştuluqçusu olacaq.

Şübhəsiz azadlıq hərəkatının qəhrəmanlarının haqsız axıdılan qanları və sizin müqavimətiniz müstəqil dövlətlərdə azad gələcəkdən xəbər verir.

Əhvazın qəhrəman ərəb milləti!

Bilin ki, Azərbaycan keçmişdə olduğu kimi azadlıq hərəkatının səngəridir. İrqi təəssübdən arınmış bir məntəqənin formalaşması uğrunda, eləcə dəqarşılıqlı hörmətə əsaslanan, insan haqları və beynəlxalq hüquqa uyğun müstəqil millətlərin əməkdaşlığının formalaşması uğrunda son qələbəyə qədər sizin yanınızdayıq.

Əhvazın mübarizəyə qalxmış ərəb millətinə sonsuz salamlar

Yaşasın irqçi rejimə qarşı zülm altında olan millətlərin birliyi.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası İranın nüvə sanksiyalarının müzakirəsinə dair gündəliyi 11 səslə təsdiqləyib

GADTB: BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirilən rəsmi iclasında İran İslam Respublikasının nüvə proqramı və …

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

Bir cavab yazın