Bazar ertəsi , Mart 24 2025
azfa

Azərbaycan Türk Millətinin Urmiyada irqçi fars-molla rejimi və kürd terrorçuların oyununu pozması barədə GADTB-nin bildirişi

GADTB: İndiki irqçi fars-molla rejiminin, hakimiyyəti türklərdən qəsb edən Pəhləvi rejiminin din pərdəsi altında gizlənən forması olması kimsəyə sirr deyildir. Türklərin hakimiyyətini qəsb etmiş Pəhləvilərin Azərbaycanla Türkiyə türkləri arasında Azərbaycan torpaqlarına kürdləri köçürməklə bufer zona yaratması planı sözsüz ki, irqçi fars-molla rejimi tərəfindən bütün gücü ilə davam etdirilir. Xüsusilə Suriyada yenilib, Türkiyə ilə Azərbaycanın regionda uğur qazanmasına dözə bilməyən molla rejimi ermənilər kimi müxtəlif ölkələrin maşasına çevrilmiş mühacir kürdlər vasitəsilə hirsini Azərbaycan türklərinə tökməyə cəhd etdi. İrqçi fars-molla rejimi bu istiqamətdə Urmiyada terrorçu kürdlərin ilaxır çərşənbədə “Növruz şənliyi” adı altında Azərbaycanın ərazi bütövlüyünə qarşı yallı getmələrinə icazə verdi. Paşinyanın Qarabağda yallı gedib Azərbaycanın həmin bölgəsini Ermənistan adlandırması kimi, terrorçu və mühacir kürdlər də Urmiyada yallı gedərək Urmiyanı Kürdüstan adlandırdılar.

İrqçi fars-molla rejimi Azərbaycanın ərazi bütövlüyünə qarşı qeyd edilən qəsdlə yanaşı, həm də “Urmiya ələvilərinin toplantısı” adlı dini toplantı keçirməyə cəhd etdi. Lakin artıq irqçi fars-molla rejimin oyunlarına yaxşı bələd olmuş oyaq Urmiya əhalisi irqçi fars-molla rejim və onun əlində maşaya çevrilmiş terrorçu kürdlərin fitnəkarlığını möhtəşəm milyonluq mitinqlə bir hərəkətlə pozdu.

Urmiyanın yerli türk əhalisi milyonluq mitinqlə Azərbaycan Türk Millətinin heç zaman öz vətəninin bir qarış belə torpağından vaz keçməyəcəyini sübut etdi. Bu milyonluq mitinq irqçi fars-molla rejimə və onların maşasına çevrilmiş kürd terror qruplaşmalarına da aydın bir xəbərdarlıq oldu.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Urmiyanın qəhrəman əhalisinin irqçi fars-molla rejimi və terror qruplaşmalarına qətiyyətli cavabını alqışlayıb, bildirir ki, Güney Azərbaycan Türk Milləti heç zaman öz torpaqlarından bir qarışını da, heç kimsəyə bağışlamayacaq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ermənistan ordusu hərbi texnikanı hərəkətə gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan hərbi kolonunun hərəkəti müşahidə edilib. Bu barədə …

Molla rejimi azərbaycanlı körpəyə Türk adına şəhadətnamə verməkdən imtina edir

GADTB: Tehran əyalətində rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Arka adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə …