Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycan Türkiyə modeli üzrə komandolar hazırlayır – Video

GADTB: Komando Dağ Təlim Mərkəzində Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi “Komando başlanğıc kursu” davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi institutun kursantları sıra və fiziki hazırlıqdan müxtəlif normativləri icra edir, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, eləcə də şərti düşmən hədəflərinin aşkar olunaraq atəşlə məhv edilməsi vərdişlərini təkmilləşdirirlər.

Həmçinin çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir.

Peşəkar zabit kadrlarının hazırlanması məqsədilə Türkiyə modelinin tətbiq edilməsi ilə keçirilən komando hazırlığı kursunda əsas diqqət kursantların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …