Cümə , Yanvar 3 2025
azfa

Azərbaycan Vaşinqton görüşündən imtina etdi

GADTB: ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb.

Bildirilib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …