Çərşənbə axşamı , Noyabr 3 2026
azfa

Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI

GADTB: Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.

APA-nın əldə etdiyi məlumata görə, qeyd olunanlar nəzərə alınaraq, mediada, sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.

Həmin şəxslərin siyahısını təqdim edirik:

1. Ehsan Movəhhediyan – Siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbabtəbayi Universitetinin müəllimi

2. Əhməd Fərşbafiyan – Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri

3. Kamran Qəzənfəri – İran İslam Şurası Məclisinin deputatı

4. Əlirza Beyqi – İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi

5. Əbülfəzl Zöhrəvənd – İran İslam Şurası Məclisinin deputatı

6. Abbas Moqtədayi Xorasqani – İran İslam Şurası Məclisinin deputatı

7. Əlirza Səlimi – İran İslam Şurası Məclisinin deputatı

8. Hüseyn Şəriətmədari – “Keyhan” qəzetinin baş redaktoru

9. Ayətullah Möhsün Əraki – İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin üzvü, Məsləhət Şurasının üzvü

10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani – Qum Elmi Hövzəsinin Müəllifləri və Müəllimləri Cəmiyyətinin üzvü, Qum şəhərindəki Əimmeyi-Əthar (ə) Fiqh Mərkəzinin rəhbəri

11. Əbdül Hüseyn Xosrov Pənah – İran Ali Mədəni İnqilab Şurasının katibi

12. Hüccətül-islam Qulamrza Kavaşi – Təbriz İmam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

13. Daryuş Səfərnejad – Professor, siyasi ekspert

14. Əhmədrza Musəvi – Aktyor və teleaparıcı

Həmçinin yoxlayın

İran Ermənistan üzərindən blokada təsirlərini azaltmaq istəyir

GADTB: İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini və İranın cənubunda yaşayan erməni xristianların parlament təmsilçisi …

Donald Tramp İranda Koləng dağına hücum ehtimalından bir daha danışıb

GADTB: Donald Tramp noyabrın 3-də, çərşənbə axşamına keçən gecə İran vaxtı ilə Fox News telekanalına …