Çərşənbə axşamı , Noyabr 3 2026
azfa

İran Ermənistan üzərindən blokada təsirlərini azaltmaq istəyir

GADTB: İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini və İranın cənubunda yaşayan erməni xristianların parlament təmsilçisi Qeqard Mənsuriyan Nurduz sərhəd-keçid məntəqəsinin inkişaf etdirilməsini ölkənin dəniz və hava blokadasının təsirlərini azaltmaq baxımından mühüm addım kimi dəyərləndirib.

Mənsuriyan bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin mövcudluğu blokadanın iqtisadi təsirlərini minimuma endirmək üçün imkan yaradır. Onun sözlərinə görə, Cənubi Qafqaz İranın şimal qonşuları ilə ticarət əlaqələrinin inkişafı baxımından əlverişli marşrut ola bilər və hökumət bu potensialdan daha səmərəli istifadə etməlidir.

Millət vəkili qeyd edib ki, Nurduz İran və Ermənistan arasında yeganə rəsmi sərhəd-keçid məntəqəsidir və gələcəkdə ölkənin Avrasiya İqtisadi İttifaqı ilə əlaqə marşrutlarından birinə çevrilə bilər. /Azad İran

Həmçinin yoxlayın

Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI

GADTB: Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin …

Donald Tramp İranda Koləng dağına hücum ehtimalından bir daha danışıb

GADTB: Donald Tramp noyabrın 3-də, çərşənbə axşamına keçən gecə İran vaxtı ilə Fox News telekanalına …