Çərşənbə , Noyabr 4 2026
azfa

Urmiya gölündə suyun səviyyəsinin yüksəlməsi ilə artemiya yenidən canlanıb – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Höccət Cəbbari Urmiya gölünün bəzi ekoloji göstəricilərinin yaxşılaşdığını bildirib.

Onun sözlərinə görə, göldə suyun həcminin 2,55 milyard kubmetrə çatması və suyun keyfiyyətinin yaxşılaşması duzluluq səviyyəsinin tənzimlənməsinə və gölün müxtəlif ərazilərində artemiyanın yenidən çoxalmasına səbəb olub.

Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, ötən su ilində yağıntıların çox olması və bunun davam etməsi, eləcə də aparılan dibdərinləşdirmə işləri nəticəsində gölün yaxşı səviyyədə su ilə dolması bu ekosistemdə mövcud olan artemiyanın sayının da əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

O əlavə edib ki, göl suyunun temperaturunun çox aşağı olmaması və duzluluğun uyğun səviyyədə qalması səbəbindən artemiyaya hələ də gölün dibində rast gəlinir. Bu isə həmin canlı növünün yenidən çoxaldığını göstərir.

Ətraf mühit üzrə rəsmi şəxs artemiyanın geri qayıtmasını bu ekosistemin ekoloji vəziyyətinin yaxşılaşmasının əlaməti kimi qiymətləndirib.

Bununla belə, Urmiya gölünün davamlı şəkildə bərpası üçün ona ayrılmış su payının təmin edilməsi və su ehtiyatlarının düzgün idarə olunması vacib olaraq qalır.

https://t.me/GADTB1/60941

Həmçinin yoxlayın

Əzimiqədim Qızılhisar həbsxanasına köçürülməsində həyatının təhlükə altında olması barədə xəbərdarlıq edib

GADTB: Həbsdə saxlanılan, ruhani statusundan məhrum edilmiş azərbaycanlı fəal Əbdüləziz Əzimiqədim Evin həbsxanasından Kərəcdəki Qızılhisar …

Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI

GADTB: Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin …