Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanda “Teknofest” festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyanın növbəti ən böyük aviasiya, kosmos və texnologiyalar festivalı “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bununla əlaqədar festival çərçivəsində “Texnoloji müsabiqələrə” qeydiyyat başlayıb. Müsabiqlərə həmçinin beynəlxalq iştirakçılara da açıq olacaq.

Hər bir müsabiqə üçün son müraciət tarixləri fərqlidir. Müsabiqələr üzrə ətraflı məlumatı www.teknofest.az saytından əldə etmək olar.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …