Cümə , Aprel 19 2024
azfa

Azərbaycanı parçalamaq üçün giləklər irqçi fars rejiminin əlində alətə çevriliblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, giləklər irqçi fars rejiminin təbliği, bir başa göstərişi və himayəsi ilə onların əlində alətə çevrilərək, Azərbaycanı parçalamaqda icraçı rolunu oynamağa başlayıblar. İrqçi far rejiminə bağlı Gilan rəsmilərinin Azərbaycanı parçalamaq istiqamətində bəyanatından sonra məsələnin mahiyyətindən xəbərsiz gilək gəncləri irqçi fars rejiminin dəyirmanına su tökməyə başlamışlar. Onlar hər fürsətdən istifadə edərək Ərdəbilin Heyran məntəqəsini Gilan ərazisi kimi qələmə verirlər.

Rəşt şəhərində stadionda keçirilən Tirəxturla Sepidrud komandaları arasında yarışda, giləklər Azərbaycana ərazi iddiası irəli sürmüş və stadionda gilək ləhcəsində üzərində “Heyran Gilan üçündür və buna qarşı çıxan düşmənləri məhv edərik” sözləri yazılmış banneri açaraq, nümayiş etdirmişlər.

Son günlər həmçinin giləklərin futbol komandası üzərində “Heyran Gilan qoxusu verir- giləklə talış onun üçün canını da verər” şüarı yazılmış böyük bannerlə şəkil çəkdirərək yaymışdır.

Bütün bu Antiazərbaycan hərəkətlər onu göstərir ki, irqçi fars rejimi giləkləri və kürdləri təhrik edərək öz əlində Azərbaycana qarşı alətə çevirib. Rejim bölgədə yaşayan xalqlar arasında düşmənçilik yaratmaqla qeyri-fars millətlərin hərəkatını yatırmağı qarşıya məqsəd qoyub.Təəssüflə giləklər və kürdlər alətə çevrilməyin acı nəticələrini daha əvvəllər təcrübə etsələr də, bu rəzalətə yenə boyun əyirlər. Güney Azərbaycanın millət vəkilləri isə irqçi fars rejiminin bu mənfur planı qarşısında sumağa davam edirlər.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın