Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İrqçi fars rejimi hücumdan sonra cinayətkar Əsədi dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əli yüz minlərlə günahsız insanın qanına batan Əsədə Qərbin hücumundan sonra İran molla rejimi yenidən dəstək verib.  Həsən Ruhani Suriyaya koalisiya qüvvələrinin hücumu ilə əlaqədar cinayətkar Bəşər Əsədə zəng edib.

H.Ruhani deyib: “Əsədə zəng etdim, yanlarında olduğumuz mesajını verdim”.

Cinayətkar Əsədi dəstəkləməklə əli yüz minlərlə insanın qanına batan Əli Xamenei isə ABŞ Prezidenti Donald Trampı, Fransa Prezidenti Emmanuel Makronu və Böyük Britaniyanın Baş naziri Tereza Meyi cinayətkar adlandırıb.

Xamenei qeyd edib: “Bəyan edirəm: ABŞ prezidenti, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri cinayətkardır”.

İran adlanan ölkənin Xarici İşlər Nazirliyi isə ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib.

Bununla bağlı bəyanatda deyilir: “İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib”.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …

Bir cavab yazın