Cümə axşamı , May 22 2025
azfa

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs edam olunub

GADTB: Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.

Ötən ay İranın Məhkəmə-Ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirib.

Qeyd edək ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Həmçinin yoxlayın

Ərdəbildə məktəb çatışmazlığı var

GADTB: Güney Azərbaycanın Ərdəbil bölgəsində məktəb çatışmazlığı var. Bunun aradan qaldırılması üçün ən azı 300-ə …

Axios: “Danışıqlar uğursuz olarsa, İsrail İrana dərhal hücum etməyə hazırlaşır”

GADTB: “Axios” nəşri iki məlumatlı mənbəyə istinadən xəbər verir ki, İsrail ordusu Tehran və Vaşinqton …