Azərbaycanlı alim Evin zindanında aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ikili vətəndaşlığı olan və hazırda Tehranın Evin zindanında edam hökmü altında yaşayan azərbaycanlı professor Əhmədrza Cəlali aclıq aksiyasına başlayın.

Bununla bağlı, Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehrania “X” hesabında paylaşım edərək yazıb:

“Həyat yoldaşım dünyaya səsini çatdırmağın yeganə yolunun aclıq aksiyası keçirmək olduğunu düşündüyü üçün buna əl atıb”.

Qeyd edək ki, iyunun 15-də İsveç və İran arasında məhbus mübadiləsi olub, İsveç hökuməti bu ölkədə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi və siyasi qətllərin iştirakçısı Həmid Nurini sərbəst buraxıb və qarşılığında Tehranda həbsdə olan iki İsveç vətəndaşı ölkələrinə qaytarılıb.

Xatırladaq ki, iki ölkə arasında baş tutan məhbus mübadiləsindən sonra Vida Mehrania ərinin azadlığa buraxılmamasına etiraz etmişdi.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal tibb məntəqəsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin həbsanasında həbsdə saxladığı …

Sayın Mikayıl bəy Oytanın “TBA TV“də “Güney Azərbaycan problemi uluslararası arenada, prezident seçkisinin nəticələri” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …