Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı alim Evin zindanında aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ikili vətəndaşlığı olan və hazırda Tehranın Evin zindanında edam hökmü altında yaşayan azərbaycanlı professor Əhmədrza Cəlali aclıq aksiyasına başlayın.

Bununla bağlı, Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehrania “X” hesabında paylaşım edərək yazıb:

“Həyat yoldaşım dünyaya səsini çatdırmağın yeganə yolunun aclıq aksiyası keçirmək olduğunu düşündüyü üçün buna əl atıb”.

Qeyd edək ki, iyunun 15-də İsveç və İran arasında məhbus mübadiləsi olub, İsveç hökuməti bu ölkədə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi və siyasi qətllərin iştirakçısı Həmid Nurini sərbəst buraxıb və qarşılığında Tehranda həbsdə olan iki İsveç vətəndaşı ölkələrinə qaytarılıb.

Xatırladaq ki, iki ölkə arasında baş tutan məhbus mübadiləsindən sonra Vida Mehrania ərinin azadlığa buraxılmamasına etiraz etmişdi.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …