GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal Əkbər Azad dünən molla rejimi tərəfindən 2 il sürgünə göndərilib.
Artıq azərbaycanlı fəal İlam əyalətinin Dərəşəhr şəhərinə yola düşüb.
Qeyd edək ki, Əlirza Fərşi və digər fəallar 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə Baharistan şəhərində həbs olunublar. Bu fəallar arasında Əkbər Azad, Əli Babalu, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi hər biri 2 il həbs və 2 il müxtəlif şəhərlərdə məcburi sürgün cəzasına məhkum edilib, digər fəallar barəsində isə həbs qərarı verilmişdi.
Əlirza Fərşi bu il fevralın 8-də həbsxanadan buraxılıb. Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin zindanın, daha sonra isə Fəşafuyə zindanına köçürülmüşdü. O, 2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.