
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin azərbaycanlı milli fəal Aydın (Süleyman) Məhəmmədini Tehran Evin zindanından sərbəst buraxılıb.
Azərbaycanlı fəal Evin həbsxanasında yatdığı bir illik cəzasının 4 ayını çəkdikdən sonra azadlığa buraxılması şərti olub.
Qeyd edək ki, Aydın Məhəmmədi Hakim Salavatinin rəhbərlik etdiyi İslam İnqilabı Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən müvafiq olaraq 1 və 2 il, ümumilikdə 3 il həbs cəzasına məhkum edilib, onun 2 ilinin cəzası şərti olub.
Həmin azərbaycanlı fəal apellyasiya şikayəti vermək hüququndan imtina edib və bundan sonra onun bir illik cəzasının 3 ayı şərti verilib.