Cümə axşamı , Oktyabr 29 2026
azfa

Azərbaycanlı fəal Cəfər Əkbəri təqibsiz elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim trəfindən “sistemə qarşı təbliğat aparmaq”da ittiham edilən azərbaycanlı milli-mədəni fəal Cəfər Əkbəri təqibsiz elan edildi.

Fəalın təqsirsiz olmasına dair qərar avqustun 19-də məhkəmənin Elektron Sistemi vasitəsilə azərbaycanlı fəala göndərilib.

Rejimin Xoyda yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi İran cinayət məcəlləsinin 265-ci maddəsinə istinadən azərbaycanlı milli fəala “Virtual aləmdə İrana qarşı təbliğat aparmaq” ittihamından bəraət verib.

Xoy sakini olan Cəfər Əkbəri iyulun 20-də İranın Kibercinayətkarlıq üzrə polisi tərəfindən çağırılaraq yaxalanmışdır.

Azərbaycanlı fəal məhkəməyə göndəriləndən sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın