Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejim işgəncə faktını ifşa etdiyi üçün Pərisa Rəfiiyə qarşı yeni ittiham irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim rejim Tehranın Evin zindanında həbsdə olan azərbaycanlı öyrənci fəal Pərisa Rəfii rejimin məhbusları işgəncə edildiyini ifşa etdiyi üçün ona qarşı yeni saxta ittiham irəli sürülüb.

Rəfii avqustun 19-da Evində Mməhkəmənin 2-ci İstintaq şöbəsinə aparılıb və “Sistemə qarşı təbliğat aparmaq”da günahlandırıldığına dair ittiham elan edilib.

Məlumata əsasən, irəli sürülən bu yeni saxta ittiham Pərisa Rəfiinin 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktubla bağlıdır.

Zəncan şəhərindən olan azərbaycanlı öyrənci bu məktubda siyasi fəallar, xüsusilə də qadınların İran həbsxanalarında saxlanıldığı acınacaqlı vəziyyəti ifşa edib, məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam edilmə ilə təhdid edildiyini yazmışdı.

Pərisa Rəfii zindanlarda koronavirusun geniş yayılmasına baxmayaraq iyulun 7-də barəsində çıxarılan 1 illik həbs cəzasını çəkmək üçün Evin zindanına salınıb.

Qeyd edək ki, bundan əvvəl rejim azərbaycanlı fəalı şərləyərək, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq”, “Sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq 7 il həbs cəzası, eləcə də 74 şallaq zərbəsinə məhkum etmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdir. Sonralar isə fəal barəsində çıxarılan həbs qərarları bir il həbs ilə əvəz edilib.

Güney Azərbaycanın Zəncan bölgəsindən olan öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə terrorçu Sepahın təhlükəsizlik bölməsinin məmurları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu bölməsinə aparılmışdı. Fəal, 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın