GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan Ərdəbil Məhkəməsinə çağırılıb. O İnstagram səhifəsində mühakimə edilməsilə bağlı yazıb:
“Bazar günü may ayının 19-da mənə göndərilən elektron çağırış vərəqəsinə uyğun olaraq Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 12-ci şöbəsinin hakiminin istəyi ilə mötəbər zaminlə birlikdə məhkəməyə müraciət etdim. İşlərin sıxlığı ilə bağlı 5 saat növbədə gözlədikdən sonra günün sonunda növbə bizə çatdı. Mənim cavabımı aldıqdan sonra məsələnin həssas olmasına görə məsələyə baxılması bir gün sonra səhər saat 9-a təyin edildi. İclas saat 15:00-da başa çatdı.
Gözlədiyimin əksinə olaraq bu dəfə hakim mülayim davrandı”.