Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycanlı fəal Məhəmmədrza Murad Behruzi yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 15-də Qəzvin əyalətinin Məhəmmədiyyə şəhərində yaşayan azərbaycanlı ictimai və mədəni fəal Məhəmmədrza Murad Behruzi yaxalanıb.

İranın ETTELAAT İdarəsinin məmurları tərəfindən tutulan fəalın nədə ittiham olunduğu və hara aparıldığı barədə məlumat verilməyib.

İyulun 15-i gecə saat 21-də İranın ETTELAAT orqanının mülki geyimli məmurları Rza Behruzinin şəxsi mənzilinə basqın edib, axtarış aparıb və ona məxsus iki mobil telefon və başqa əşyalarını müsadirə edib, fəalın özünü isə həbs ediblər.

Qeyd edək ki, bundan öncə iyulun 13-ü axşam saatlarında Rza Behruzinin xanımı, mədəni fəal Suru Babayi Çigəni də İran rejiminin məmurları tərəfindən həbs edilib. Onun “məcburi hicaba yox” kampaniyasına qatılması və həyat yoldaşı ilə birlikdə sosial şəbəkədə video paylaşması səbəbi ilə tutulduğu bildirilir.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …