
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və Ərdəbildə Traxtur futbol komandasının liderlərindən biri Saman Bidar, 1 mart 2025-ci il tarixində Ərdəbildə terrorçu Sepah-ın Kəşfiyyat İdarəsi tərəfindən saxlanılaraq Təbrizdə Sepah-ın Kəşfiyyat təcridxanasına köçürülüb.
Saman Bidarın yaxınları, onun saxlanılma səbəbləri və harada saxlanıldığını bilmədiklərini bildiriblər.
Onlar bir neçə dəfə Ərdəbil Məhkəməsinə və aidiyyatı orqanlara müraciət etdikdən sonra Səməd Bidarın Təbrizdə yerləşən Sepah-ın təcridxanasına köçürüldüyünü və onun işi üzrə Təbrizdə Ümumi və İnqilab Məhkəməsinin 10-cu İstintaq şöbəsinin məsuliyyət daşıdığını öyrəniblər.
Bundan əlavə, Saman Bidar saxlanıldıqdan sonra onun Instagram hesabındakı bütün yazılar molla rejimin qüvvələri tərəfindən silinib.
Qeyd edək ki, son günlərdə təhlükəsizlik orqanları Traktor azarkeşlərinə və liderlərinə qarşı təzyiqlərini artırıblar. Bu gün, 5 mart 2025-ci il tarixində, Cavad Jaləpsənd xaricində, Ərdəbildə ən azı 3 Traxtur azarkeşi daha sorğuya çəkilib, lakin təhlükəsizlik təzyiqləri səbəbilə adlarını açıqlamamağı qərara alıblar.