Cümə , Sentyabr 18 2026
azfa

Reuters: “Tramp administrasiyası beynəlxalq sularda İran tankerlərini dayandırmaq niyyətindədir”

GADTB: “Reuters” xəbər verir ki, Donald Tramp administrasiyası kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə məqsədi daşıyan qlobal razılaşma əsasında İranın neft tankerlərinin beynəlxalq sularda dayandırılması və yoxlanılması planını nəzərdən keçirir.

Məlumata görə, bu, İranın neft ixracını sıfıra endirmək və Tehranın nüvə silahı əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün Trampın “maksimum təzyiq” siyasətinin bir hissəsidir.

Xəbər agentliyi qeyd edib ki, tankerlərin dayandırılması İran neftinin zavodlara çatdırılmasını gecikdirəcək və neft ticarətində iştirak edən tərəfləri sanksiyalara və beynəlxalq təzyiqlərə məruz qoyacaq. / Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …