GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı mili-mədəni fəallar irqçi və işğalçı fars rejimin mənəvi soyqırım siyasətinə qarşı Nir şəhərində azərbaycanlı məktəblilər arasında türk dilində kitablar payladılar.
Güney Azərbaycanın Ərdəbil, Meşgin, Zəncan və s. şəhərlərində olduğu kimi Nir şəhərində də bir qrup azərbaycanlı fəal bu gün oktyabr ayının 17-də Nir məktəblərinin qarşısına gedərək azərbaycanlı məktəblilərə türk dilində kitablar hədiyyə ediblər.
Qeyd edək ki, azərbaycanlı fəallar son illərdə irqçi və işğalçı fars rejimin Azərbaycan türkcəsini qadağan etməsi və Azərbaycan türklərinə qarşı mənəvi soyqırım siyasəti yürütməsinə qarşı belə kampaniyalar həyata keçirilir. Azərbaycanlı fəallar həmçinin rejimdən Azərbaycan türkcəsin rəsmi dil kimi tanımasını və təhsilin Azərbaycan türkcəsində aparılmasını tələb edirlər.