GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanda “Türklərə qarşı ermənilərin mitinq keçirilməsinə icazə verilməsin” kampaniyasına başladılar. Kampaniyadan məqsəd işğalçı erməniləri türklərə qarşı dəstəkləyən irqçi fars rejiminin ermənilərə aprelin 24-də Türkiyə və Azərbaycana qarşı mitinqə icazə verməsinə mane olmaqdır.
Azərbaycanlı fəallar bu məqsədlə imzatoplama kampaniyası keçirərək, planlaşdırılan mitinqin icazəsinin ləğv olunmasını tələb edir. Onlar hər kəsi https://t.me/imzakampanyasi adresinə müraciət edərək, kampaniyaya qoşulmağa çağırır.
Çərşənbə günü başlayan kampaniyaya artıq minlərlə internet istifadəçisi qoşulub, onların sayı artmaqdadır.
Qeyd edək ki, irqçi fars rejim hər zaman erməniləri türklərə qarşı dəstəkləmiş və bu Antiazərbaycan və antitürk siyasəti indi də davam edir.