GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar yenicə sərbəst buraxılan azərbaycanlı fəallar Cəfər Rüstəmirad və Qulam Quluzadə ilə görüşüblər.
Əldə etdiyimiz məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Tehranda Evin zindanından müvəqqəti zaminə buraxılan azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradın görüşünə gediblər. Həmçinin yenicə sərbəst buraxılan Cəfər Rüstəmirad azərbaycanlı tanınmış fəal Həsən Raşidi ilə görüşüb.
Urmiyada isə azərbaycanlı milli-mədəni fəallar yenicə zaminə buraxılan azərbaycanlı milli-mədəni fəal Qulam Quluzadə ilə görüşüblər.
Qeyd edək ki, son zamanlar rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəallarla görüş Güney Azərbaycanda ənənəyə çevrilib. Bu da həbs edilən azərbaycanlı fəaları himayə məqsədi güdür.