Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı fəalların Abbas Lisani ilə görüşü davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli hərəkat fəalı Yəzd şəhərində 2 il məcburi sürgün hökmünə tabe olmayaraq Ərdəbilə qayıdan tanınmış azərbaycanlı fəal Abbas Lisani ilə görüşüb söhbət edib.

Bu görüşdə digər tanınmış azərbaycanlı siyasi fəal, Zəncanda yaşayan keçmiş siyasi məhbus Səid Mətinpur, Təbriz və Evin həbsxanalarından bir müddət əvvəl azad edilmiş Tovhid Əmiramini, Rozbe Piri və Əkbər Abulzadə də iştirak ediblər. Azərbaycanlı fəallar aktual məsələləri müzakirə ediblər.

Həmçinin Urmiyadan olan milli-mədəni fəalları Qərbi Azərbaycanda müqavimət simvolu kimi tanınan Kazım Xan Daşının toxunmuş xalçasını Urmiya gölündə Azərbaycan rəqsinin təsviri ilə birlikdə Abbas Lisaniyə hədiyyə edilib.

Qeyd edək ki, fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” deyib fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …