Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı futbolçu Əmir İbrahimzadə “Traxtur”dan çıxarılıb, xorvatiylı fubolçu gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən mövsüm “Traxtur”un heyətində olmaq fürsəti qazanan Azərbaycanın perspektivli türk futbolçusu Əmir İbrahimzadə Traxturdan ayrılıb.

Azərbaycanlı futbolçu İnstaqram səhifəsində bununla bağlı paylaşım edərək Babək və Səttarxan diyarından getməyə məcbur edildiyini bildirib.

Bununla eyni günlərdə xorvatiyalı yarımmüdafiəçi İqor Postunski “Traxtur” komandasının üzvü olub. Bu barədə Təbriz təmsilçisinin media hesabında paylaşım edilib.

29 yaşlı xorvatiyalı yarımmüdafiəçi bundan əvvəl Avropanın bir neçə məşhur klubunda çıxış edib.

Qeyd edək ki, bir neçə gün əvvəl xorvatiyalı baş məşqçisi Draqan Skoçiç “Traxtur” klubunun baş məşqçisi kimi fəaliyyətə başlayıb.

Həmçinin yoxlayın

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …