Çərşənbə , Oktyabr 14 2026
azfa

Cavid Rəhman İranın bəşəriyyətə qarşı cinayətləri və törətdiyi soyqırımın araşdırılmasını istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranla bağlı son hesabatını yayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi hesabatı “İran: Qəddar cinayətlər araşdırılmalı və günahkarlar mühakimə olunmalıdır” başlığı altında yayımlayıb.

Cavid Rəhman 1980-81-ci və 1988-ci illərdə İran həbsxanalarında minlərlə siyasi məhbusun kütləvi edamını bəşəriyyətə qarşı cinayət və soyqırım adlandırıb.

Rəhman İran hakimiyyətinin həmin illərdə qanunsuz və özbaşına həbslər həyata keçirməsini, edam hökmləri çıxarması və minlərlə nəfəri edam etməsini araşdırmaq, məsuliyyət daşıyanların cavabdehliyə cəlb edilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının zəruriliyini bildirib.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın 3 illik missiyasının vaxtının başa çatması ilə eyni vaxtda yaponiyalı hüquqşünas May Sato onun yerinə təyin olunub və avqustun əvvəlindən rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikasının radikal və fanatik rejiminin imkanlarını tamamilə məhv etmək üçün onun hakimiyyətini devirməliyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …