Bazar ertəsi , Noyabr 16 2026
azfa

Azərbaycanlı idmançı Əmir Hüquqidən böyük uğur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı ağır atlet Əmir Hüquqi son yarışlarda dünya üçüncüsü oldu.

O, Özbəkistanda keçirilən ağır Atletka üzrə dünya çempionatında 102 kq çəki dərəcəsində iki medal qazanıb.

Əmir Hüquqi bir dəfəyə 172 kq, toplam 388 kq qaldırmaqla dünya üçüncüsü, iki hərəkətlə ağırlıq qaldırmaqda isə 216 kq qaldırmaqla dünya ikincisi olub.

Qeyd edək ki, 1994-cü ildə Güney Azərbaycanda doğulan Əmir Hüquqi bundan öncədə müxtəlif beynəlxalq yarışlarda çoxsaylı qələbələr qazanıb.

Əmir Hüquqi öz çəki dərəcəsində dünyada ən yaxşı 10 ağır atlet idmançısı siyahısında yer alıb.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …