Bazar ertəsi , May 12 2025
azfa

Azərbaycanlı işçi fəalı Hüseyn Kuşinin sağlıq durumu pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı işçi fəalı Hüseyn Kuşinin sağlıq durumu pisləşib.

Molla rejiminin məmurları fəalın müayinə və müalicəsinə də icazə vermirlər.

Təbrizdə yaşayan işçi hərəkatının tanınmış fəallarından olan Hüseyn Kuşini molla rejimi son etirazlardan sonra həbs edib.

Azərbaycanlı fəal ağciyər xəstəliyindən əziyyət çəkir və oksigen kapsulasından istifadə etməyə məcbur olduğu üçün fəalın ailəsi onun həbsdə həyatını itirəcəyindən qorxurlar.

Molla rejiminin məmurları qiyabı məhkəmə qərarı ilə fəalın evinə hücum edib və onu yaxalayıblar.

Qeyd edək ki, azərbaycanlı işçi fəalı Hüseyn Kuşi Güney Azərbaycanda tanınmış işçi fəallarındandır və uzun illər işçilərin hüquqları uğrunda apardığı fəaliyyətlərə görə dəfələrlə təzyiqlərə məruz qalmışdır. Hüseyn Kuşi həmçinin saxta ittihamlarla 3 il həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

PKK terror təşkilatı özünü ləğv etdi

GADTB: PKK terror təşkilatı özünü ləğv edib. Türkiyədə hakim Ədalət və İnkuşaf Partiyasının (AKP) sözçüsü …

Azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkətinin iki gənc fəalı Huşəng Nağızadə və …